Xarici diplomatlar Xocalı soyqırımı Memorial Kompleksində nələr gördülər? - FOTO

Xarici diplomatlar Xocalı soyqırımı Memorial Kompleksində nələr gördülər? - FOTO backend

Xocalı Soyqırımı Memorialı milli yaddaşın qorunmasına xidmət edir.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Qaziler.az-a verilən xəbərə  görə bu fikirləri Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov kompleksi ziyarət edən xarici diplomatlarla görüş zamanı səsləndirib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə  görə, qonaqlara memorial kompleks barədə ətraflı məlumat verilib. E.Yusubov bildirib ki, Xocalı Soyqırımı Memorial Kompleksi, Prezident İlham Əliyevin 2025-ci ilin fevralında imzaladığı Sərəncama əsasən, Xocalı faciəsi qurbanlarının xatirəsinin əbədiləşdirilməsi, tarixi həqiqətlərin gələcək nəsillərə çatdırılması və milli yaddaşın qorunması məqsədilə yaradılıb.

Qeyd olunub ki, memorial layihə Heydər Əliyev Fondu tərəfindən hazırlanmış konsepsiya əsasında həyata keçirilib. Kompleksi dörd tərəfdən əhatə edən monolit konstruksiya, Xocalı sakinlərini soyqırımından qorumağa çalışan rəmzi əllər formasında layihələndirilib.

Memorial dörd bölmədən ibarətdir. İlk iki bölmədə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş ekspozisiya zalları yaradılıb. Ziyarətçiləri “Faciənin siması” adlı instalyasiya qarşılayır. Rəşad Ələkbərov və Azər Rüstəmovun müəllifliyi ilə hazırlanan instalyasiya 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş faciə zamanı həlak olmuş dinc sakinləri və məhv edilmiş ailələri bədii formada əks etdirir.

Memorialın tavan hissəsində yerləşdirilən uçan göyərçin maketləri isə Xocalı faciəsi qurbanlarının xatirəsinə ehtiramın və sülh arzusunun rəmzi kimi təqdim olunur.