Növbəti köç karvanı Qırmızı Bazar qəsəbəsinə yola salınıb

Növbəti köç karvanı Qırmızı Bazar qəsəbəsinə yola salınıb backend

Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə növbəti köç karvanı yola salınıb.

Qaziler.az xəbər verir ki, bu mərhələdə Xocavəndin Qırmızı Bazar qəsəbəsinə 17 ailə - 74 nəfər köçürülüb.

Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.