Xankəndi şəhərinin mərkəzində inzibati binada Zəfər muzeyi yaradılır.
APA xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nda əksini tapıb.
Qeyd edilib ki, 2025-ci ildə Şuşa və Qubadlıda yaradılması nəzərdə tutulan İşğal və Zəfər muzey kompleksləri üçün layihələndirmə işləri aparılıb, beynəlxalq və yerli ekspertlər cəlb olunaraq tarixi faktlar əsasında məzmun materialları hazırlanıb, həmçinin Xankəndi şəhərində Zəfər muzeyinin yaradılması üçün məkan və konsepsiya müəyyən edilib.
Bildirilib ki, doqquz İşğal və Zəfər muzeyi kompleksinin konsepsiyaları hazırlanıb, 6 kompleksin layihələndirilməsi başa çatıb.



