ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin həllinə tam ciddi, beynəlxalq hüququn tətbiqi ilə konkret yanaşmırlar.
Qaziler.az Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlikin Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimlə əlaqədar tədbirə qatılması və Karen Mirzəyan adlı şəxsilə görüşməsi barədə məlumatlara münasibət bildirərkən deyib.N.Məmmədov qeyd edib ki, ümumiyyətlə, həmsədrlər bu münaqişənin həllinə tam ciddi, beynəlxalq hüququn tətbiqi ilə konkret yanaşmırlar: "Onlar bu məsələdə beynəlxalq hüququ qəbul ediləcək formada istifadə də etmirlər. Bu isə həmsədr dövlətlərin, ümumiyyətlə, bu münaqişənin həllinə tam ciddi, ədalətlə yanaşmadıqlarını göstərir".