I Qarabağ müharibəsinin itkin-şəhidi Hidayət Vəliyev Bərdədə dəfn edilib - YENİLƏNİB

I Qarabağ müharibəsinin itkin-şəhidi Hidayət Vəliyev Bərdədə  dəfn edilib - YENİLƏNİB backend

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən şəhid Hidayət Vəliyev dəfn olunub.

"Report"un Qarabağ bürosunun məlumatına görə, şəhidlə keçirilən vida mərasimindən sonra onun nəşinin qalıqları Zümürxan kənd qəbiristanlığında torpağa tapşırılıb.

14:32

Bərdə rayonunda Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Hidayət İsa oğlu Vəliyevlə vida mərasimi keçirilib.

"Report"un Qarabağ bürosu xəbər verir ki, vida mərasimində şəhidin doğmaları, rayon rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, H.Vəliyev 1971-ci il sentyabrın 7-də Bərdənin Zümürxan kəndində anadan olub. 1994-cü il fevralın 12-də Kəlbəcər rayonu, Murovdağ silsiləsi istiqamətində itkin düşüb.

H.Vəliyev doğulduğu kənddə dəfn olunacaq.