Xarici media nümayəndələri Ağdamda minatəmizləmə əməliyyatını izləyiblər

Xarici media nümayəndələri Ağdamda minatəmizləmə əməliyyatını izləyiblər backend

Qarabağ və Şərqi Zəngəzura səfər çərçivəsində xarici media nümayəndələri Ağdam rayonunun Namirli kəndində minatəmizləmə əməliyyatını izləyiblər.

Qaziler.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin "X" sosial media hesabında paylaşım edilib.

Bildirilib ki, media nümayəndələrinə həmçinin həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları barədə məlumat verilib. Qonaqlara Azərbaycanın mina problemi və bu problemin aradan qaldırılması istiqamətində görülən işlər haqqında ətraflı məlumat təqdim olunub, həmçinin müsahibələr aparılıb.