Növbəti köç karvanı Zəngilanın Məmmədbəyli kəndinə çatıb

Növbəti köç karvanı Zəngilanın Məmmədbəyli kəndinə çatıb backend

Növbəti köç karvanı Zəngilanın Məmmədbəyli kəndinə çatıb.

"Report"un məlumatına görə, bu mərhələdə kəndə 20 ailə (103 nəfər) köçürülüb.

Qeyd edək ki, yanvarın 27-də Zəngilan rayonunun Məmmədbəyli kəndinə növbəti köç olub. Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.