Ermənilərin Azərbaycanın Qazax rayonuna atdığı mərminin partlaması nəticəsində 16 yaşlı şəxs yaralanıb. APA-nın yerlu bürosunun xəbərinə görə, Qazax rayonunun Quşçu Ayrım kənd sakini, 1999-cu il təvəllüdlü Sadıqov Tural Cavanşir oğlu sol əlin didilmiş-dağılmış odlu silah xəsarəti və döş qəfəsinin qəlpə yarası ilə Qazax rayon Diaqnostika Mərkəzinə yerləşdirilib.
Mərkəzdə yaralıya dərhal tibbi yardım göstərilib, vəziyyəti orta-ağır qiymətləndirilir.
T. Sadıqov ermənilərin atdığı, evin həyətinə düşən mərminin partlaması nəticəsində xəsarət aldığını deyib.