Ağdərədə minaya düşən şəxsin vəziyyəti açıqlanıb

Ağdərədə minaya düşən şəxsin vəziyyəti açıqlanıb backend

Ağdərədə minaya düşərək xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.

Bu barədə Bərdə Rayon Mərkəzi Xəstəxanasından bildirilib.

Qeyd olunub ki, partlayış travması, sağ ayağın aşağı 1/3 travmatik amputasiyası diaqnozu təyin olunan pasiyent üzərində sağ baldırın yuxarı 1/3 səviyyəsində amputasiyası əməliyyatı icra olunub. Hazırda müalicəsi davam etdirilir, vəziyyəti stabildir.

Xatırladaq ki, hadisə işğaldan azad edilmiş Ağdərə rayonunun Qızıloba kəndi ərazisində baş verib.

Humanitar minatəmizləmə əməliyyatlarına cəlb edilən qeyri-hökumət təşkilatının əməkdaşı 1988-ci il təvəllüdlü Kərimov Elvin Həmiddin oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə minaya düşüb.