Sabah Ağdərənin 4 kəndinə İLK KÖÇ olacaq

Sabah Ağdərənin 4 kəndinə İLK KÖÇ olacaq backend

Sabah Ağdərə rayonunun Çıldıran, Aşağı Oratağ, Heyvalı və Çapar kəndlərinə ilk köç olacaq.

"Report"un məlumatına görə, ilk mərhələdə respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşanlar kəndlərə yola salınacaq.

Xatırladaq ki, 1993-cü ildə işğal olunan kəndlər 2023-cü ilin sentyabrında Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antitteror əməliyyatı nəticəsində azad olunub.