Cəbrayıl rayonunun Mehdili kəndi ərazisində baş verən mina hadisəsi zamanı xəsarət alan şəxsin son durumu açıqlanıb.
Füzuli Rayon Mərkəzi Xəstəxanasından "Report"un sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 13:00 radələrində mina partlayışı səbəbilə tibb müəssisəsinə gətirilən şəxsə sağ diz oynağının açıq yarası və sağ baldırın yuxarı və aşağı 1/3 açıq yarası, hər iki budun açıq yaraları, qarnın ön divarının açıq yaraları diaqnozu təyin edilib.
Qeyd olunub ki, hazırda pasiyentin müalicəsi xəstəxanada davam etdirilir, vəziyyəti orta ağır olaraq qiymətləndirilir.



