Şuşakənd ilk əsgərini qarşıladı: təsirli anlar - VİDEO

Şuşakənd ilk əsgərini qarşıladı: təsirli anlar - VİDEO backend

Xocalı rayonunun Şuşakənd kəndində tarixi gün yaşanıb. Şuşakənd ilk əsgərini qarşılayıb.

Baku TV-nin məlumatına görə, Famil Hüseynov hərbi xidmətini başa vuraraq doğma yurduna qayıdıb. Onun qarşılanması kənddə qürur dolu anlarla yadda qalıb.

"Qürur yaşadığımız bir gündür. Vaxtilə bu torpaqlardan ayaqyalın gedənlərin övladları indi bura zəfər çalmış ordunun əsgəri kimi qayıdır", - F.Hüseynovun qohumu sevincini bölüşərkən deyib.