Xankəndinə ilk qar yağıb - FOTO

Xankəndinə ilk qar yağıb - FOTO backend

Dekabrın 28-də Xankəndi şəhərinə mövsümün ilk qarı yağıb. Axşam saatlarından yağan qar şəhərə qış ab-havası gətirib, küçə və parklar ağ örpəyə bürünüb.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Qazilər.az-a verilən məlumata görə, hava şəraitinin dəyişməsi ilə əlaqədar kommunal xidmətlər gücləndirilmiş iş rejiminə keçib.

Nəqliyyatın maneəsiz hərəkəti üçün yolların təmizlənməsi istiqamətində tədbirlər görülür.