Dekabrın 26-sı Ağdərə rayonuna mövsümün ilk qarı yağıb. Qısa vaxt ərzində ərazi ağ örtüyə bürünüb.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Qaziler.az-a verilən xəbərə görə, yağan qar hərəkətə və gündəlik fəaliyyətə hər hansı çətinlik yaratmayıb.
Avtomobil yolları açıqdır, nəqliyyatın normal hərəkəti təmin olunur. Mövcud hava şəraiti ilə əlaqədar aidiyyatı qurumlar gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Təhlükəsizliyin təmin edilməsi məqsədilə zəruri tədbirlər görülür.



