Ağdamda mülki şəxs minaya düşərək xəsarət alıb.
"Report"un xəbərinə görə, hadisə Çəmənli kəndində, təsərrüfat sahəsində səpin işləri aparılarkən baş verib.
Belə ki, kənd sakini Məmmədov Məlik Qədir oğlu əkin sahəsində işləyərkən minaya düşüb.
O, xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma başlanıb.



