Dekabrın 11-də Xocalı rayonunun Şuşakənd kəndinə növbəti köç olub.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən Qaziler.az-a bildirilib ki, bu mərhələdə Şuşakəndə 51 nəfərdən ibarət 14 ailə köçürülüb.
Mənzillərin açarlarının təqdimat mərasimində çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətinin icraçı direktorunun müavini Mahmud Əfəndiyev, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərinin sürətlə davam etdiyini, yol, su, elektrik, qaz və digər kommunal infrastrukturun tam təmin olunduğunu vurğulayıb.Sakinlər də doğma yurda qayıtmağın sevincini bölüşüblər.



