Tacikistanın dövlət televiziyası Xankəndidə çəkilişlər edib - FOTO

Tacikistanın dövlət televiziyası Xankəndidə çəkilişlər edib -  FOTO backend

Dekabrın 11-də Tacikistanın “Jahonnamo” dövlət televiziya kanalı “Dünya ətrafında” proqramının növbəti buraxılışı ilə bağlı Xankəndidə çəkilişlər edib. Madina Jaborova və Hofiz Abasaevdən ibarət çəkiliş qrupu öncə Xankəndidə Zəfər meydanında olub.

Qaziler.az-ın məlumatına görə, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı onlara Xankəndi şəhərində aparılan tikinti-quruculuq işləri ilə bağlı geniş məlumat verərək bildirib ki, infrastruktur – yollar, su, elektrik, qaz və rabitə xətləri yenilənib.  İnsanların rahat yaşaması üçün hər cür şərait yaradılıb. Bir sözlə, işğaldan azad edilmiş torpaqlarda bu gün həyat öz axarına qayıdır. Keçmiş məcburi köçkünlər yurdlarına dönür. Dayanıqlı məskunlaşmanın təmin edilməsi, infrastruktur və iqtisadiyyatın bərpası da prioritet istiqamətlərdəndir. 

Xankəndi şəhəri ilə tanışlıqdan sonra Tacikistandan olan jurnalistlər Qarabağ Universiteti və Qarabağ klinikasında olublar. Qonaqlara Qarabağ Universitetində fəaliyyət göstərən fakültələr, burda təhsil alan tələbələr və onlara yaradılan şərait barədə məlumat verilib.

Onlar Qarabağ klinikasının labaratoriyası ilə də tanış olublar. Sonda jurnalistlər də öz təəssüratlarını bölüşüblər. Onlar qısa müddət ərzində Xankəndidə çox işlərin görüldüyünü xüsusi qeyd edib, Qarabağın gözəlliyinə, füsunkar təbiətinə heyranlıqlarını bildiriblər.