Xocalının Ballıca və Badara kəndinə 56 nəfər qayıdıb - FOTO

Xocalının Ballıca və Badara kəndinə 56 nəfər qayıdıb - FOTO backend

Dekabrın 11-də köç karvanı ilə Xocalı rayonunun Ballıca və Badara kəndlərinə çatan ailələrə yeni mənzillərinin açarları təqdim edilib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən Qaziler.az-a bildirilib ki, bu mərhələdə Ballıca kəndinə 38 nəfərdən ibarət 9 ailə, Badara kəndinə isə 6 ailə yəni 18 nəfər qayıdıb. Köç edənlər respublikanın müxtəlif bölgələrində yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.

Açarları təqdim edən Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov, sakinləri doğma yurdlarına qayıtmaları münasibətilə təbrik edib, Ballıca və Badara kəndlərində rahat yaşayış üçün hərtərəfli şəraitin yaradıldığını deyib. Onun sözlərinə görə, yaşayış məntəqələrində müasir standartlara uyğun evlər, məktəblər, sosial və ictimai obyektlər, mühəndis-kommunikasiya xətləri və yeni yollar istifadəyə verilib.Qeyd edək ki, köç prosesi mərhələli şəkildə davam edir.

 

*****

13:19

Xocalı rayonuna yola salınan növbəti köç karvanları Xocalı rayonunun Ballıca və Badara kəndlərinə çatıb.

"Report" Xocalıya ezam olunan əməkdaşı xəbər verir ki, bu mərhələdə Ballıcaya 9 (38 nəfər), Badaraya isə 6 ailənin (18 nəfər) qayıdışı təmin edilib.