Qarabağ Universitetinin 2 illiyi qeyd olunub - FOTO

Qarabağ Universitetinin 2 illiyi qeyd olunub - FOTO backend

Noyabrın 27-də Xankəndidə Qarabağ Universitetinin İncəsənət fakültəsində ali təhsil müəssisəsinin yaradılmasının 2 illiyinə həsr olunmuş konsert proqramı və sərgi keçirilib.

Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Qaziler.az-a bildirilib ki, tədbirdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları, Universiteti rəhbərliyi, müəllim, tələbə heyəti və media nümayəndələri iştirak ediblər.Qarabağ Universitetinin rektoru Şahin Bayramov çıxışında iki il ərzində ali məktəbin tədris, elmi və mədəni istiqamətlərdə əldə etdiyi nailiyyətlərdən danışıb, Qarabağda ali təhsilin bərpasına və inkişafına verilən töhfələri qeyd edib. Rektor bu cür mədəni tədbirlərin tələbələrin yaradıcı düşüncə və estetik zövqünün formalaşmasında mühüm rol oynadığını vurğulayıb.

Konsert proqramı Niyazinin “Qaytağı” əsərini ifası ilə başlanıb. Ardınca müəllim və tələbələr tərəfindən klassik və milli musiqi nümunələri təqdim olunub. Proqram “Qarabağ şikəstəsi”nin ifası ilə yekunlaşıb.Tədbirin ikinci hissəsində rəssam Nərminə Vəliyevanın “Güclü ruhlara ithaf” adlı fərdi sərgisi açılıb. Sərgidə Qarabağın bədii irsini əks etdirən portretlər, əsərlər tamaşaçılara təqdim olunub.