Növbəti köç karvanı Xanyurdu kəndinə çatıb - FOTO - Yenilənib

Növbəti köç karvanı Xanyurdu kəndinə çatıb - FOTO - Yenilənib backend

Noyabrın 25-də 38 nəfərdən ibarət 11 ailə Xocalı rayonunun Xanyurdu kəndinə qayıtdı.

Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin Qaziler.az-a verdiyi xəbərə görə, mənzillərin açarlarının təqdimat mərasimində çıxış edən Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktorunun müavini Mahmud Əfəndiyev bildirib ki, dövlət başçısının tapşırığına uyğun olaraq, köçürülən ailələrin sosial təminatı və məşğulluğu istiqamətində kompleks tədbirlər həyata keçirilir. Sakinlər üçün iş imkanları yaradılır, sahibkarlıq fəaliyyətinə başlamaq istəyənlərə bütün zəruri dəstək göstərilir.

Xanyurdu kəndində elektrik, qaz, su, rabitə və digər mühüm infrastruktur tam şəkildə bərpa edilib, əhalinin rahat yaşayışı üçün bütün şərait yaradılıb.

*****

14:30

Xocalı rayonuna yola salınan növbəti köç karvanı Xanyurdu kəndinə çatıb, sakinlərə mənzillərin açarları təqdim olunub.

"Report"un Xocalıya ezam olunan əməkdaşı xəbər verir ki, açarların təqdim olunması mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları iştirak ediblər.

Qeyd edək ki, bununla Xanyurdu kəndinə qayıdan ailələrin sayı 110-a (378 nəfər) çatıb.