Həsənriz və Vəngli kəndlərinə növbəti köç karvanı çatıb - FOTO

Həsənriz və Vəngli kəndlərinə növbəti köç karvanı çatıb - FOTO backend

Noyabrın 20-də Ağdərə rayonunun Həsənriz və Vəngli kəndlərinə növbəti köç olub. Hər iki kəndə qayıdan keçmiş məcburi köçkünlərə bərpa edilən yeni evlərinin açarları təqdim edilib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Qaziler.az-a bildirilib ki, bu mərhələdə Həsənriz kəndinə 93 nəfərdən ibarət 23, Vəngli kəndinə isə 11 nəfərdən ibarət  4 ailə qayıdıb.

Həsənriz kəndində açarları sakinlərə təqdim edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin  icraçı direktor müavini Mahmud Əfəndiyev, kənddə müasir infrastrukturun tam hazır olduğunu bildirib. Onun sözlərinə görə, sakinlərin rahat yaşaması üçün kənd su, qaz, elektrik və internetlə təmin edilib. Eyni zamanda, kəndə qayıdanların məşğulluğu ilə bağlı hər cür dəstək də göstəriləcək.

Xatırladaq ki, bununla da Həsənriz kəndində məskunlaşanların ümumi sayı 227 ailə, yəni 856 nəfərə çatıb. Vəngli kəndində isə 100 ailə, 385 nəfərin məskunlaşması təmin edilib.