Xocalının Seyidbəyli kəndinə 36 nəfər qayıtdı - FOTO

Xocalının Seyidbəyli kəndinə 36 nəfər qayıtdı - FOTO backend

Noyabrın 18-də Xocalı rayonunun Seyidbəyli kəndinə növbəti köç baş tutub.

Qaziler.az xəbər verir ki, Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, bu mərhələdə Seyidbəyli kəndinə 36 nəfərdən ibarət 11 ailə köçürülüb.

Onlar uzun illər respublikanın müxtəlif bölgələrində, xüsusilə yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkünlərdir. Bu gün Seyidbəyliyə qayıdan sakinlərə mənzillərin açarları təqdim edilib.

Qeyd edək ki, əvvəlki mərhələlərdə kəndə 27 ailə, yəni 91 nəfər köçürülüb.