Xocalının Badara kəndində mənzillərin açarları təqdim edilib - FOTO

Xocalının Badara kəndində mənzillərin açarları təqdim edilib -  FOTO backend

Oktyabrın 28-də səhər saatlarında yola salınan növbəti köç karvanı Xocalı rayonunun Badara kəndinə çatıb.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Qaziler.az-a verilən məlumata görə, bu mərhələdə 62 nəfərdən ibarət 17 ailə  Xocalının Badara kəndinə qayıdıb.

Sakinlərə mənzillərin açarlarını təqdimetmə mərasimində çıxış edən Prezidentin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov bildirib ki, işğaldan azad edilmiş digər yaşayış məntəqələri kimi Badara kəndində də genişmiqyaslı tikinti-bərpa işləri həyata keçirilir. Onun sözlərinə görə, kənddə infrastrukturun yenidən qurulması ilə yanaşı, əhalinin məşğulluğunun təmin olunması istiqamətində də tədbirlər görülür. “Köçən bütün ailələrin məşğulluğu məsələsi diqqət mərkəzindədir. Bunun üçün müxtəlif istiqamətlərdə işlər planlı şəkildə həyata keçirilir.

Xatırladaq ki, bundan əvvəlki qqqmərhələdə Badara kəndinə 14 ailə (55 nəfər) köçürülmüşdü. Beləliklə, bu kəndə qayıdan ailələrin sayı 31-ə, sakinlərin ümumi sayı isə 117-yə çatdı.