Beynəlxalq səyyahlar Şuşaya gəliblər

Beynəlxalq səyyahlar Şuşaya gəliblər backend

Səkkiz ölkədən olan beynəlxalq səyyahlar Şuşaya gəliblər.

"Report"un Şuşaya ezam olunmuş müxbirinin verdiyi məlumata görə, səyyahlar şəhərin tarixi və görməli yerləri ilə tanış olacaqlar.

Onlar, həmçinin erməni işğalından azad olunmasından sonra şəhərdə aparılan bərpa prosesini görə biləcəklər.

Xatırladaq ki, "Extreme Travelers International Congress" (ETIC) klubunun səkkiz ölkədən - ABŞ, Böyük Britaniya, Almaniya, Belçika, Avstriya, İsveç, İrlandiya və Portuqaliyadan olan səyyahları 2 günlük avtomobil yolu ilə Ağdam-Xankəndi-Laçın-Şuşa-Füzuli xətti üzrə səyahətə başlayıblar.