Vəngli kəndinə  daha 112 nəfər qayıdıb - FOTO 

Vəngli kəndinə  daha 112 nəfər qayıdıb -  FOTO  backend

Oktyabrın 9-da 28 ailədən ibarət 112 nəfər doğma elinə qayıdıb.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Qaziler.az-a verilən xəbərə  görə, kənddə bərpa edilən yaşayış evlərinin açarları keçmiş məcburi köçkünlərə təqdim olunub.

Tədbirdə çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsin icraçı  direktorunun müavini Mahmud Əfəndiyev sakinləri təbrik edərək, onlara yeni evlərində rifah, sağlamlıq və xoşbəxt günlər arzulayıb. M. Əfəndiyev bildirib ki, işğaldan azad olunandan sonra təmir və bərpa işləri aparılan kənddə, sakinlərin rahat yaşaması üçün bütün zəruri infrastruktur yaradılıb.

Xatırladaq ki, Vəngli kəndinə bugünədək 188 nəfərdən ibarət 51 ailə köçürülmüşdü. Beləliklə, bu  gün gerçəkləşən köçlə birlikdə kəndə ümumilikdə 79 ailə, 300-dən çox sakin qayıdıb.