Şuşada partlayıcı tələ qurğusu aşkarlanıb

Şuşada partlayıcı tələ qurğusu aşkarlanıb backend

Şuşa rayonu Kiçik Qaladərəsi kəndi ərazisində evlərin təmizlənməsi əməliyyatı zamanı partlayıcı tələ qurğusu aşkarlanıb.

Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.

Bildirilib ki, evin damında sütuna və damın giriş qapısına tələ məftili vasitəsilə quraşdırılmış döyüş vəziyyətinə gətirilən iki ədəd F-1 əl qumbaraları aşkarlanıb.

Aşkar edilən tələ qurğunu ANAMA əməkdaşları zərərsizləşdirərək, ərazinin təhlükəsizliyini təmin ediblər.