Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) 23-26 fevral 2015-ci il tarixlərində Xocalı Soyqrımının 23-cü il dönümünə həsr olunmuş kampaniya həyata keçirib. Məqsəd Xocalı Soyqrımı haqqında həqiqətləri AGAT-ın əməkdaşlıq etdiyi Avropanın vətəndaş cəmiyyəti nümayəndələrinə, Avropa ictimaiyyətinə çatdırmaqdır.
AGAT tərəfindən keçiriləcək kampaniya çərçivəsində 23 fevralda Mərdəkan qəsəbəsində yerləşən uşaq evində Xocalı qurbanlarının ruhuna ehsan süfrəsi verildi. 24 fevralda Türkiyənin Uşak şəhərində təhsil alan AGAT-ın nümayəndəsi və digər həmyerlilərimizin təşkilatçılığı ilə Uşak Universitetinin rektoru, şəhər meri və digər rəsmilərin, tələbələrin iştirakı ilə anım mərasimi təşkil olunacaq. Tədbirdə Uşak şəhərinin bələdiyyə başçısı Nurullah Cahan, azərbaycanlı professor Nail Ələkbərov, İzmir Universitetinin Azərbaycanlı tarix müəllimi Vəfa Rzayeva və Uşak Universitetinin tarix müəllimi professor Murat Ontuq və digər rəsmilər iştirak etmişdirQeyd edək ki, 26 fevralda 1600-ə yaxın beynəlxalq təşkilatların, senat nümayəndələrinin, dünyada xüsusən Avropada AGAT-ın tərəfdaşlıq etdiyi vətəndaş cəmiyyəti nümayəndələrinin elektron ünvanlarına “Stop nasizm and terrorizm!” adlı məlumatlandırıcı proqram paketi göndərilməsi planlaşdırılır.
25 fevralda “Hillel” Yəhudi Evində Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) və onun nəzdində yaranan Milli İcmaların Gənclər Təşkilatlarının Koordinasiya Şurası tərəfindən Xocalı soyqırımının anım mərasimi keçirilib. Tədbirdə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Səbuhi Rzayev, AGAT-ın sədr müavini Nərgiz Xələf, "Hillel" Yəhudi Evinin rəhbəri Boris Muşailov, Ombudsman Aparatının nümayəndəsi Rəşid Rumuzadə, Azərbaycanda yaşayan Milli İcmaların nümayəndələri çıxış edərək öz fikirlərini bölüşdülər. Milli İcmaların nümayəndələri öz çıxışlarında qeyd etdilər: “Bu təkcə Azərbaycana deyil bütün bəşəriyyətə yönəlmiş faciədir. Biz bir olaraq bütün dünyadan Xocalıya ədalət istəyirik!”
Eyni zamanda tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi, Beynəlxalq Multikulturalizm Mərkəzinin nümayəndəsi və Dağlıq Qarabağın Azərbaycanlı İcmasının nümayəndəsi iştirak edib.
Qeyd edək ki, 26 fevralda 1600-ə yaxın beynəlxalq təşkilatların senat nümayəndələrinin, dünyada xüsusən Avropada AGAT-ın tərəfdaşlıq etdiyi vətəndaş cəmiyyəti nümayəndələrinin elektron ünvanlarına “Stop nasizm and terrorizm!” adlı məlumatlandırıcı proqram paketi göndərilməsi planlaşdırılır.