Xocalının Seyidbəyli kəndinə İLK KÖÇ karvanı yola salınıb

Xocalının Seyidbəyli kəndinə İLK KÖÇ karvanı yola salınıb backend

"Böyük Qayıdış" planına uyğun olaraq, sentyabrın 13–də Xocalı rayonunun daha bir kəndinə əhalinin köç prosesi həyata keçirilir.  

"Report"un Xocalıya ezam olunan əməkdaşının verdiyi xəbərə görə, ilk mərhələdə Seyidbəyli kəndinə 9 ailə 31 nəfər, köçürülür. 

Kəndə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.