Laçında "Şəhid bulağı"nın açılışı olub

Laçında "Şəhid bulağı"nın açılışı olub backend

Laçın rayonunun Çorman kəndində Birinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün yerli sakinlərin təşəbbüsü ilə inşa edilmiş "Şəhid bulağı"nın açılışı olub.

"Report" xəbər verir ki, açılış mərasimində Laçın rayonunda Prezidentin xüsusi numayəndəliyinin əməkdaşları, şəhidlərin ailə üzvləri, yaxınlari və kənd sakinləri iştirak ediblər.

Açılış mərasimində çıxış edənlər şəhidlərin göstərdikləri igidliklərə toxunaraq onların əziz xatirəsinin xalqın yaddaşında daim yaşayacağını vurğulayıblar. Bulağın istifadəyə verilməsi ilə bağlı rəmzi lent kəsilib, şəhidlərin ruhuna dualar oxunub.

Tədbirin sonunda iştirakçılar üçün ehsan verilib.