Xıdırlı kəndinə qayıdan sakinlərə evlərin açarları təqdim edilib

Xıdırlı kəndinə qayıdan sakinlərə evlərin açarları təqdim edilib backend

Ağdam rayonunun Xıdırlı kəndinə qayıdan sakinlərə evlərin açarları təqdim olunub.

"Report"un Ağdama ezam olunan əməkdaşı xəbər verir ki, kəndə qayıdan sakinləri qarşılama mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

Xıdırlı kəndinə Bakı, Sumqayıt, Mingəçevir şəhərləri, Abşeron, Ağdam, Ağcabədi, Bərdə, Yevlax və Qəbələ rayonlarında müvəqqəti məskunlaşmış kənd sakinləri köçürülüb.