Növbəti köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb, evlərin açarları sakinlərə təhvil verilib.
“Report” xəbər verir ki, açarların təqdimetmə mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, bu mərhələdə Kəngərli kəndinə 43 ailə - 176 nəfər köçürülüb.