Bu ilin sonuna qədər Xocavənd rayonunun digər kəndlərində 1 552 evin təmir olunaraq keçmiş məcburi köçkün ailələrinə verilməsi planlaşdırılır.
Qaziler.az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəsi Emin Hüseynov Ağdamda baş Prokurorluğun təşkilatçılığı ilə keçirilən "Konstitusiya və Suverenlik: Hüquqi Dövlətin təməli" adlı konfransda çıxışı zamanı deyib.
Xüsusi nümayəndə Xocavənd rayonu və bəzi kəndlərdə aparılan işlər barədə danışarkən qeyd edib ki, hazırda kəndlərin bərpası, təmiri və yenidən tikintisi işləri davam edir:
"O cümlədən Hadrut qəsəbəsi və Tuğ kəndində kommunikasiya və yol işləri icra olunur. Bu yaxınlarda Hadrutda inzibati binanın tikintisi, Tuğ kəndində isə yaşayış evlərinin bərpası üzrə layihələrə start veriləcək".