Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisində diqqətdən kənarda qalan MÜHÜM HADİSƏ

Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisində diqqətdən kənarda qalan  MÜHÜM HADİSƏ backend

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, iqtisadçı ekspert Sahib Məmmədov Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisindəki əhəmiyyətli olan tarixi hadisəyə diqqət çəkib.

Qaziler.az xəbər verir ki, bu barədə o, şəxsi feysbuk səhifəsində paylaşım edib.

“Çoxsaylı mühüm hadisələr fonunda Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisində mühüm mərhələ olan Murovdağ tunelinin tikintisində çulğalaşma baş verməsi diqqətdən bir qədər kənarda qaldı.

Uzun illər tunel tikintisində işləmiş biri kimi deyirəm ki, bu tikinti uğuru baxımdan çox mühüm hadisə idi. Amma bu çulğalaşmanın əhəmiyyəti daha böyükdür. Əslində bu bir tarixi hadisə idi. Fransa və Britaniya üçün La-Manş boğazı altında tikilən tunelin çulğalaşması böyük bir tarixi hadisədir. Məncə bizim üçün bu ən azı o qədər vacib və tarixi hadisə idi. Bir az diqqətdən kənarda qaldı”.

Paylaşımın sonunda iqtisadçı “çulğalaşma” terminini media üçün açıqlayıb: “İki üzbəüz gələn tunel birləşmir, çulğalaşır ( Rus dilində "Сбойка", ingilislərdə müxtəlif adlar var, məsələn "Breakthrough","Collision" ).

QAZİLER.AZ