Kəlbəcərdə hərbçilər qəzaya düşdülər: Yaralılar var

Kəlbəcərdə hərbçilər qəzaya düşdülər: Yaralılar var backend

Kəlbəcərdə hərbçilərin olduğu maşın aşıb.

Qaziler.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisə rayonun İstisu qəsəbəsində qeydə alınıb.

Beyləqan rayon sakini 1980-ci il təvəllüdlü Xaliq Quliyev UAZ markalı avtomobilə idarəetməni itirib və nəqliyyat vasitəsi yoldan çıxaraq dərəyə aşıb.

Nəticədə sürücü və sərnişinlər - Beyləqan rayon sakini 1988-ci il təvəllüdlü Elmir Həsənov və Gəncə şəhər sakini 2000-ci il təvəllüdlü Vaqif Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralıların vəziyyətləri qənaətbəxşdir.

Faktla bağlı araşdırma aparılır.