ABŞ-da Dilqəmlə Şahbazın geri qaytarılması məsələsi qaldırılıb

ABŞ-da Dilqəmlə Şahbazın geri qaytarılması məsələsi qaldırılıb backend

Qaziler.az saytı xəbər verir ki, millət vəkili Səməd Seyidov ABŞ-da Dilqəm Əsgərov və Şahbaz Quliyevin geri qaytarılması məsələsini qaldırdıqlarını deyib: “Biz azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin geri qaytarılması ilə bağlı ABŞ-da məsələ qaldırmışıq”.

APA-nın məlumatına görə, bunu ABŞ-Azərbaycan Dostluq Qrupunun rəhbəri Səməd Seyidov deyib.

Onun sözlərinə görə, məsələ ABŞ Dövlət Departamentində ATƏT-in Minsk qrupunun həmsədri Ceyms Uorliklə görüşdə və Senatda qaldırılıb: “Onlar da yüksək səviyyədə bu məsələni qabardırlar. ABŞ və beynəlxalq təşkilatlar bu humanitar məsələyə müsbət münasibət bildirdiyi halda, Ermənistan buna qətiyyən yox deyir və qeyri-ciddi münasibət bəsləyir. Bunlar Ermənistanın iç üzünü açır, qeyri-konstruktiv olduğunu göstərir və ona dəlalət edir ki, Ermənistanla münasibət qurmaq çox çətin məsələdir”.

Millət vəkili ABŞ-Azərbaycan əlaqələrinin getdikcə inkişaf edəcəyini bildirib: “ABŞ böyük dövlətdir. Sadəcə ABŞ-la ünsiyyətdə, münasibətdə heç zaman millətin, dövlətin maraqlarını ikinci plana çəkmək lazım deyil. Bu həmişə öndə olmalıdır, onda başqa münasibətlər də yüksək səviyyədə inkişaf edəcək”.
Diaspora