Birinci Qarabağ müharibəsində itkin düşən şəhid Məmmədov Yusif Mirzəli oğlunun nəşinin qalıqları ailəsinə təhvil verilib.
Apa xəbər verir ki, bu gün şəhidlə vida mərasimi keçirilib.
Şəhidin qalıqları Sumqayıt Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Qeyd edək ki, Yusif Məmmədov 1972-ci ildə Sumqayıt şəhərində anadan olub. O, 7 fevral 1994-cü ildə Kəlbəcər istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Aparılan araşdırmalar nəticəsində Yusif Məmmədovun Gəncə şəhərində yerləşən Şəhidlər xiyabanında dəfn edildiyi aşkarlanıb və kimliyi müəyyən olunub.







