Ermənistan Respublikasının 3-cü prezidenti Serj Sarkisyan Birinci Qarabağ müharibəsinin hərbi-siyasi rəhbərliyi ilə görüşlər və mühazirələr proqramı çərçivəsində dünən axşam universitet tələbələri və müəllimlərlə görüşüb.
Modern .az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə S.Sarkiyanın ofisi məlumat yayıb.
Görüşdə söhbətin tematik miqyasına ordu quruculuğu, dövlət quruculuğu, birinci Qarabağ müharibəsi illərində həyata keçirilən səfərbərlik və sonrakı illərdə dövlət siyasəti ilə bağlı məsələlər daxil edilib.
Serj Sarkisyan Şuşanın işğal edilməsi üzrə hərbi əməliyyatın xəritəsinin bir nüsxəsini Ermənistan Universitetinə bağışlayıb.
Xatırladaq ki, Serj Sarkisyan 1989-1993-cü illərdə "Dağlıq Qarabağ Özünümüdafiə Qüvvələri Komitəsi"nin sədri olub. Ermənilər Şuşanı 8 may 1992-ci ildə işğal etmişdilər.
2020-ci il noyabrın 8-də Azərbaycan Ordusu – xüsusi təyinatlılar əlbəyaxa döyüşlə Şuşanın işğaldan azad edib