Ağdərənin Həsənriz kəndinə növbəti köç karvanı yola salınıb

Ağdərənin Həsənriz kəndinə növbəti köç karvanı yola salınıb backend

Ağdərə rayonunun Həsənriz kəndinə növbəti köç karvanı yola salınıb.

"Report"un Ağdərəyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu, yenidən qurulan Həsənriz kəndinə köçürülmənin 4-cü mərhələsidir.

Bu mərhələdə kəndə 20 ailə (68 nəfər) köçürülür.

Həsənriz kəndinə köç edən ailələr ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Diaspora