Cəbrayılda Birinci Qarabağ müharibəsinin şəhidi Ələsgər Mirzəliyev dəfn edilib - FOTO - YENİLƏNİB

Cəbrayılda Birinci Qarabağ müharibəsinin şəhidi Ələsgər Mirzəliyev dəfn edilib - FOTO - YENİLƏNİB backend

İmişli rayonu Şəmmədli kənd məzarlığında naməlum əsgər kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsinin şəhidi Ələsgər Mirzəliyevlə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində keçirilən vida mərasimi başa çatıb.

“Report”un xəbər verir ki, Ə.Mirzəliyevin nəşi Cocuq Mərcanlı kəndi “Lələtəpə” kənd qəbiristanlığında dəfn olunub.

Dəfn mərasimində şəhidin doğmaları, qazilər, rəsmi şəxslər, hüquq-mühafizə orqanlarının əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

12:44

İmişli rayonu Şəmmədli kənd məzarlığında naməlum əsgər kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsinin şəhidi Ələsgər Mirzəliyevin nəşi Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində ailəsinə təhvil verilib.

"Report"un məlumatına görə, kənddə şəhidlə vida mərasimi keçirilib.

Qeyd edək ki, Ələsgər Fərzalı oğlu Mirzəliyev 1969-cu il iyulun 18-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində anadan olub. O, 1993-cü il oktyabrın 24-də həmin kənd istiqamətində gedən döyüşlərdə itkin düşüb.

Ə.Mirzəliyev Cocuq Mərcanlı kəndi “Lələtəpə” qəbiristanlığında dəfn olunacaq.

Diaspora