Laçında işəgötürənlərlə görüş keçirilib

Laçında işəgötürənlərlə görüş keçirilib backend

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin Şərqi Zəngəzur Regional Məşğulluq filialında Laçın rayonunda fəaliyyət göstərən və fəaliyyəti nəzərdə tutulan işəgötürənlərlə görüş keçirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Qaziler.az-a verilən məlumata görə, Böyük Qayıdış proqramı çərçivəsində həmin ərazilərə köçürülən sakinlərin məşğulluğunun təminatı məqsədilə görülən işlərdən bəhs olunub, Agentliyin fəaliyyət istiqamətləri barədə təqdimat edilib.

“Əhalinin dayanıqlı məşğulluğunun təmin olunması istiqamətində işəgötürənlərlə əməkdaşlığın qurulması və inkişaf etdirilməsi” mövzusunda keçirilən görüşdə işğaldan azad olunan ərazilərimizdə reallaşdırılan aktiv məşğulluq proqramları barədə məlumat verilib.

İşğaldan azad olunan ərazilərimizdə aktiv məşğulluq proqramlarının icrası sahəsində işəgötürənlərlə birgə görüləcək işlər müzakirə olunub.

Diaspora