"32 illik həsrətdən sonra od çərşənbəsi günü doğma yurdumuza - işğaldan azad edilmiş Ağdam rayonunun Şıxbabalı kəndində getdik".
Qaziler.az xəbər verir ki, bu sözləri "Qarabağ qaziləri" ictimai birliyinin mətbuat rəhbəri Rey Kərimoğlu feysbuk səhifəsində yazıb. Qarabağ qazisi bir qrup kənd sakini ilə doğma yurdda yaşanan bayram sevincinin görüntülərini də paylaşıb.
"Əvvəlcə kənd qəbristanlığındakı şəhidlərimizin qəbrini və bütün məzarlarımızı ziyarət etdik. Sonra isə xaraba qalmış evlərimizə baş çəkdik. Həyət- bacalarımızı gəzib dolaşdıq. Qədim "Qara təpə"mizdə isə od çərşənbənin tonqalını qaladıq. Bu gününmüzə min şükür. Şəhidlərimizin ruhu həmişə şad olsun. Allah bir daha ocağımızı söndürməsin!"
QAZİLER.AZ