Ağdamın işğaldan azad olunan Şıxbabalı kənd sakinləri Prezident İlham Əliyevə MÜRACİƏT EDİB - VİDEO

Ağdamın işğaldan azad olunan Şıxbabalı kənd sakinləri Prezident İlham Əliyevə MÜRACİƏT EDİB - VİDEO backend

"Ağdam rayon Şıxbabalı kəndinin bir qrup sakini 32 ildən sonra ilk dəfə Od Çərşənbəsini işğaldan azad edilmiş yurdlarında qarşılayıblar".

Qaziler.az xəbər verir ki, bu barədə "Qarabağ qaziləri" ictimai birliyinin mətbuat rəhbəri Rey Kərimoğlu feysbuk səhifəsində paylaşım edib. O bildirib ki, martın 4-də sakinlər kənd qəbiristanlığında Şəhidlərin və işğala qədər burada dəfn edilmiş həmkəndlilərinin məzarlarını ziyarət ediblər, onların ruhuna dualar oxuyublar.

Ziyarət zamanı şəhidlərin məzarı başında kənd sakinləri – şəhid ailələri, qazilər adından Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevə video müraciət də edilib. Şəhid Habil Əliyevin qardaşı Almazxan Əliyev və Qarabağ qazisi, jurnalist Rey Kərimoğlunun səsləndirdiyi müraciətdə qədim tarixə malik, 600-dən çox ailənin yaşadığı, 2500-dən çox sakini olan Şıxbabalı kəndinin tikintisinin mümkün qədər tezləşməsini xahiş ediblər. Onlar bildiriblər ki, kənd sakinləri böyük həsrətlə Şıxbabalıya köçəcəkləri günü gözləyirlər.

QAZİLER.AZ

Diaspora