Xocalı rayonunun Ballıca kəndinə növbəti köç karvanı yola salınıb.
"Report"un məlumatına görə, köç karvanı Ağdam rayon ərazisindəki nəzarət-buraxılış məntəqəsindən 22 ailədən ibarət 95 nəfər olmaqla yola salınıb.
Doğma yurdlarına köçən Ballıca sakinləri Azərbaycanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələ də daxil olmaqla, Ballıcaya ümumilikdə köçürülən ailələrin sayı 112-ə (562 nəfərə) çatıb.