Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin Şərqi Zəngəzur Regional Məşğulluq filialı əmək yarmarkası keçirəcək.
Nazirlikdən Qaziler.az-a verilən məlumata görə, yarmarka fevralın 25-də saat 12:00-dan 13:00-a kimi filialın Laçın rayon xidmət şöbəsinin inzibati binasında (Laçın şəhəri, Heydər Əliyev küçəsi, 138) təşkil olunacaq.
Tədbirdə müxtəlif sahələr üzrə vakansiyalar təqdim ediləcək.