Xocalı rayonunun Ballıca kəndində ilk körpə dünyaya gəlib.
"Report"un məlumatına görə, Xocalı sakini 1996-cı il təvəllüdlü Sevanə Məmmədovanın dünyaya gətirdiyi ilk övladı oğlandır.
Doğulan körpənin çəkisi 3,600 qr, boyu 51 sm olub.
Ana və körpəsi təcili tibbi yardım briqadası vasitəsilə Bərdə Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan Doğum Evinə hospitalizasiya olunub. Hazırda ana və körpəyə zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir, vəziyyətləri qənaətbəxşdir.
Valideynləri körpəyə babası Mehdinin adını qoyublar.
Qeyd edək ki, körpənin atası İlqar Məmmədov Vətən müharibəsinin iştirakçısı olub və hazırda ANAMA-da işləyir.