71 saylı Cəlilabad şəhər seçki dairəsi üzrə 147 nəfər 29 yanvar tarixində keçiriləcək bələdiyyə seçkilərdə ilk dəfə səs verəcək.
QAZÍLER.AZ "Report"-a istinaden bildirir ki, bu haqda sözügedən dairənin seçki komissiyasının sədri İsa Allahverdiyev məlumat verib.
Sədr qeyd edib ki, onlardan 74 nəfəri kişi, 73 nəfəri isə qadındır. 1 nəfər seçicinin isə seçki günü - 29 yanvar tarixində 18 yaşı tamam olacaq.
Qeyd edək ki, 71 saylı Cəlilabad şəhər seçki dairəsində 210 namizəd qeydə alınıb. 50 048 seçicisi olan Seçki dairəsinin hüdudları daxilində 52 seçki məntəqəsi texniki cəhətdən tam hazırlıq vəziyyətinə gətirilib, elektrik generatorları işlək vəziyyətdədir. 14 məntəqədə veb kameralar quraşdırılıb.