“Qarabağ Azərbaycanın tərkib hissəsi kimi sıçrayışla inkişaf edir”.
Qaziler.az xəbər verir ki, bu fikirləri Azərbaycanın xalq artisti Yusif Eyvazov “NEWS.ru”ya müsahibəsində deyib.
O, 44 günlük müharibə nəticəsində ərazilərin işğaldan azad edilməsindən 6 ay sonra bölgəyə səfər etdiyini və Azərbaycanın geri qaytarmazdan əvvəl viran qoyulan torpaqları böyük təəccüblə seyr etdiyini etiraf edib.
“Qarabağa bu torpaqlar azad ediləndən altı aydan sonra gəldim. Şuşa şəhərində “Xarı-bülbül” (Qarabağda ənənəvi beynəlxalq folklor festivalı) festivalı var idi, orada çıxış etmək mənə qismət oldu. Sizi inandırıram ki, Qarabağın yalnız bir neçə şəhərində , diqqətlə qulaq asın, bəzi tikililər salamat qalmışdı”, - Eyvazov bildirib.
İfaçının sözlərinə görə, bölgə indi sıçrayışla inkişaf edir. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru postunu tutan Yusif Eyvazov əmin edib ki, onun kollektivi bundan sonra da Qarabağda konsertlər verəcək.
Artıq Xankəndi şəhərində musiqi fakültəsi olan Qarabağ Universiteti açılıb. Şuşa şəhərində hər il musiqi festivalı keçirilir. Teatrımızın filialını hələ bilmirəm, amma biz artıq orada konsertlər veririk və bir əlimiz həmişə Qarabağda olacaq, çünki bu, bir sənətkar kimi bizim müqəddəs borcumuzdur”, - tenor vurğulayıb.
QAZİLER.AZ