“Qarabağlılar üçün bu çox böyük xoşbəxtlik və çox böyük şansdır ki, öz torpaqlarına qayıdıb orada yaşasın və xoşbəxt olsunlar. Qarabağ yenidən parlamağa başlayır”.
Qaziler.az Qaçqınkom-a istinadla xəbər verir ki, bu sözləri Xalq artisti İlqar Muradov işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışla bağlı fikirlərini bölüşərkən deyib.
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planına uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən məlumatlandırma, təbliğat-izahat və təşviqat işləri çərçivəsində sənət adamlarının, müxtəlif sahələrdə çalışan ziyalıların və gənclərin iştirakı ilə videoçarxlar hazırlanır.
Dövlət Komitəsi tərəfindən xalq artisti İlqar Muradovun iştirakı ilə hazırlanmış videoçarxı təqdim edirik.