Zəngilanın Ağalı kəndinə köçürülən sakinlərdən artıq 300-dən çox şəxsin məşğulluğu təmin edilib

Zəngilanın Ağalı kəndinə köçürülən sakinlərdən artıq 300-dən çox şəxsin məşğulluğu təmin edilib backend

Ağalıda 2022-ci ildə ilk “Smart DOST” məntəqəsi də açılıb və orada işlə təmin edilərək DOST xidməti göstərən şəxs də elə həmin kəndin sakinidir.

Bu gün, 20 oktyabr - Zəngilan Şəhəri Günüdür. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsinin ən şanlı səhifələrindən biri olaraq, 2020-ci il oktyabrın 20-də Zəngilan şəhəri və ətraf kəndləri erməni işğalından azad edilib.

Dövlətimizin başçısının 2023-cü il 31 iyul tarixli Sərəncamına əsasən 20 oktyabr - Zəngilan Şəhəri Günü kimi qeyd edilir. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Zəngilanın Ağalı kəndinə köçürülən sakinlərin də məşğulluğunun təminatı istiqamətində ardıcıl işlər aparır. 

Onlardan artıq 313 sakinin məşğulluğu təmin edilib. Habelə Ağalı sakinlərindən 26 nəfər üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar qurulub, 36 sakin isə peşə hazırlığı kurslarına cəlb edilib. 

2022-ci ilin may ayında Ağalı kəndində ilk “Smart DOST” məntəqəsi də açılıb və hazırda məntəqədə operator işi ilə təmin edilərək DOST xidməti göstərən şəxs də elə Ağalı kəndinin sakinidir.

Diaspora