İşğaldan azad edilmiş Füzuli şəhəri yenidən tikilir. Uzun illər ölkənin müxtəlif bölgələrində müvəqqəti məskunlaşmış sakinlərin bir qismi artıq dogma şəhərə qayıdıb. Hazırda burada 822 ailə (3132 nəfər) daimi məskunlaşıb.
Qaziler.az Qaçqınkoma istinadla bildirir ki, Prezident İlham Əliyevin tapşırğı əsasında, Füzuli şəhərində bərpa-quruculuq işləri davam etdirilir.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində hazırlanmış, Füzulinin yeni növrağına həsr olunmuş videoçarxı şərhsiz təqdim edir.